- XƏBƏRLƏR -
5517 Arxiv
ADDA müəllimi Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
2021.02.12 14:49

ATEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Dövlət Dəniz Akademiyasının ”Dəniz naviqasiyası” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Rövşən Hümbətəliyevin riyaziyyat, informatika sahəsində uğurlu araşdırmaları və elmi-praktik fəaliyyəti nəzərə alınaraq Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilməsi haqqında qərar qəbul edilib.

 

Avropa Təbiət Elmləri Akademiyası 2002-ci ildə vahid ümumavropa elmi mühitinin formalaşdırılması məqsədi ilə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin bir-birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.

 

Rövşən müəllim elm sahəsində əldə etdiyi nailiyyətlərə görə 2015-ci ildə Nyu York Elmlər Akademiyasının, 2017-ci ildə Rusiya İnformatizasiya Təhsili Akademiyasının, 2019-cu ildə Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü,  Rusiya Dağ Elmləri Akademiyasının xarici üzvü, 2016-cı ildə Beynəlxalq Təbiətşünaslıq Akademiyanın və Avropa Təbiətşünaslıq Akademiyasının Ingiltərə və Şotlandiya bölmələrinin həqiqi üzvü, 2015-ci ildə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2016-cı ildə elm, pedaqoji sahədə aldığı nəticələrə görə Avropa Elm Mərkəzi tərəfindən "K.Uşinski", "M.V.Lomonosov", "Avropada keyfiyyət" ("European Quality"), "V.Leybinis", "İ.Nyuton", "A.Nobel" qızıl medallarına, Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən təsis edilmiş "Təhsildə novatorluğa görə" qızıl medalına, "Yekaterina Velikaya", "Aleksandr Velikiy" ordenlərinə və "Əməkdar Elm və Texnika" fəxri adına layiq görülüb.

 

Qeyd edək ki, Rövşən müəllim həmçinin 2019-cu ilin dekabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri vəzifəsində işləyir.