- XƏBƏRLƏR -
6763 Arxiv
ADDA Elmi Şurasının iclası keçirilib
2020.12.21 20:40

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Şura üzvləri gündəlikdə duran məsələlərlə tanış oldular.

Şuranın müzakirə etdiyi əsas məsələlərdən biri 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirlməsi qaydaları oldu.

Bununla bağlı “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrinin dekanlarının çıxışları dinlənildi. Onlar sessiya ərzində keçiriləcək imtahanlar və imtahanlardan əvvəl onlayn formada təşkil olunacaq məsləhət saatları barədə məlumat verdilər. Şura üzvlərinin diqqətinə semestr ərzində dərslərin gedişi və tələbələrin aktivliyi haqqında ən son statistika da çatıdırldı. Qeyd edildi ki, payız semestrinin imtahan sessiyasının Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 dekabr 2020-ci il tarixli əmrinə əsasən keçirilməsi nəzərdə tutulub.

Sonra Şura üzvləri imtahana hazırlıq və imtahanların keçirilməsi ilə bağlı müzakirələr apardılar. Çıxışlar və təkliflər dinlənildikdən sonra ADDA-nın Elmi Şurası qərara aldı:

 

  1. 2020/2021-ci il payız semestrinin imtahan sessiyası Təhsil Nazirliyi tərəfindən göndərilmiş 11 dekabr 2020-ci il tarixli əmrə əsasən 11 yanvar 2021-ci il tarixindən başlayaraq 5 fevral 2021-ci il tarixinə qədər 4 həftə olmaqla 2 mərhələdə aparılsın.

 

  1. İmtahanların 1-ci mərhələsi 11 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixə qədər təşkil edilsin. 7 və daha çox imtahan nəzərdə tutulan akademik qruplar üçün imtahan sessiyasının 07.01.2020-ci il tarixindən başlanması nəzərdə tutulsun.

 

  1. 2-ci mərhələdə - 01 fevral 2021-ci il tarixindən 05 fevral 2021-ci il tarixinədək - payız imtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan tələbələr üçün imtahan sessiyası təşkil edilsin.

 

  1. Payız semestrinin imtahan sessiyası magistratura və bakalavriat səviyyələrində Microsoft Teams platforması üzərindən onlayn-test üsulu ilə keçirilsin (video qeydiyyatı aparılmaqla) və hər fənn üzrə hazırlanmış test bankından bir tələbəyə 25 sualdan ibarət tapşırıq müəyyən edilsin. İmtahan zamanı 1 doğru cavab 2 balla qiymətləndirilsin.

 

  1. İmtahan suallarının tərtibi zamanı akademik yükü 30 saat olan fənlər üzrə minimum 150 test, akademik yükü 45 saat olan fənlər üzrə minimum 200 test, akademik yükü 45 saatdan yuxarı olan fənlər üzrə isə minimum 300 test sualı müəyyən edilsin.

 

  1. İmtahan testlərinin suallarının tələbələrə öncədən təqdim edilməsi məqsədilə cavab variantları olmadan Akademiyanın saytında və fənn müəllimləri tərəfindən Microsoft Teams-də müvafiq fənn səhifəsində yerləşdirilməsi təmin edilsin.

 

  1. Test üsulu ilə keçirilən imtahanlarda “Dörd səhvin bir düzgün cavabı ləğv etmə” qaydası tətbiq edilməsin.

 

  1. Onlayn tədris prosesində iştirakından asılı olaraq bütün tələbələrin dərsə davamiyyət balında qayıb limiti nəzərə alınsın.

 

  1. Cəbhəyanı rayonlarda yaşadığı üçün internet şəbəkəsinə qoşulmaqla bağlı problemləri olan tələbələrin (müvafiq ərazi icra nümayəndəliyindən alınmış arayış əsasında) və Təkrar Ali Təhsil üzrə qiyabi şöbə tələbələrinin qayıb limitinin 50% nəzərə alınması fakültə dekanlarına həvalə olunsun. 

 

     10 Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış            tələbələrin akademik borclarının ləğvi mövcud təlimatlara müvafiq olaraq həll edilsin. 

 

     11. İmtahan nəticəsindən narazı qalan tələbələr üçün Apellyasiya təşkil edilsin və tələbələrin apellyasiya şikayətinə baxılması 3 iş günü               ərzində təmin edilsin. 

 

     12. Bu qərarlar yalnız 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası üçün nəzərdə tutulsun.