“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO) 2019-cu ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.
Ən yaxşılar ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib. Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir.
2019-cu ilin ən yaxşılarının siyahısını təqdim edirik:
1. “Ən yaxşı gəmi”:
Xəzər Dəniz Neft Donanmasının (XDND) “Nefteqaz-58” gəmisi
Dəniz Nəqliyyat Donanmasının (DND) “Professor Gül” gəmisi
2. “Ən yaxşı gəmi” nominasiyası üzrə II yer:
XDND-nin “Zülfü Hacıyev”gəmisi
DND-nin “Maestro Niyazi” gəmisi
3. “Ən yaxşı kapitan”:
XDND-nin “Şüvəlan” gəmisinin kapitanı Quliyev Rauf Rəhman oğlu
DND-nin “Babək” gəmisinin kapitanı Ağalarov Balaca Şirin oğlu
4. “Ən yaxşı kapitan” nominasiyası üzrə II yer:
XDND-nin “Kapitan Ağasiyev” gəmisinin kapitanı Zeynalov Zakir Abbas oğlu
DND-nin “Maestro Niyazi” gəmisinin kapitanı Fətəliyev Asim Şərafəddin oğlu
5. “İlin gənc dənizçisi”:
XDND-nin “Mərdəkan”gəmisinin mexaniki Səfərov Elmar Xalıq oğlu
XDND-nin “Mərdəkan”gəmisinin kapitanın II köməkçisi Səfərli Fəhmin Elşən oğlu
DND-nin “Akademik Zərifə Əliyeva” gəmisinin III mexaniki Mehdiyev Əjdər İskəndər oğlu
DND-nin “Professor Əziz Əliyev” gəmisinin kapitanın növbə köməkçisi Paşayev Emin Ədalət oğlu
6. “Ən yaxşı mexanik”:
XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin mexaniki Əsgərov Yahya İsmayıl oğlu
DND-nin “Naxçıvan” gəmisinin mexaniki Mehdiyev Elman Fazil oğlu
7. “Ən yaxşı mexanik” nominasiyası üzrə II yer:
XDND-nin “Sumqayıt” gəmisinin mexaniki Məmmədov Rahib Məstiəli oğlu
DND-nin “Balakən” gəmisinin mexaniki Orucov Səid Şirinbala oğlu
8. “Ən yaxşı elektrik mexaniki”:
XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin elektrik mexaniki İbrahimov Anar Şahin oğlu
DND-nin “General Aslanov” gəmisinin elektrik mexaniki Tağıyev Tacir Yusif oğlu
9. “Ən yaxşı elektrik mexaniki” nominasiyası üzrə II yer:
XDND-nin “Nefteqaz-64” gəmisinin elektrik mexaniki Əhmədov Bəylər Hüseyn oğlu
DND-nin “Zəngəzur” gəmisinin elektrik mexaniki Abuşov Fərid Zeynalabdin oğlu
10. “Ən yaxşı bosman”:
XDND-nin “Lyutoqa” gəmisinin bosmanı Hüseynov Ağalar Ağacan oğlu
DND-nin “Şair Vaqif” gəmisinin bosmanı İsmayılov Asif Cəfər oğlu
11. “Ən yaxşı bosman” nominasiyası üzrə II yer:
XDND-nin “General Əsədov” gəmisinin bosmanı Məmmədov Hafis Şahniyar oğlu
DND-nin “Koroğlu” gəmisinin bosmanı Mahmudov Natiq Abduləli oğlu
12. Ən yaxşı matros:
XDND-nin “Zərdab-4” gəmisinin matrosu Hüseynov Ədalət Əvəz oğlu
DND-nin “Şah İsmayıl Xətai” gəmisinin matrosu Ağayev Mətləb Nəriman oğlu
13. “Ən yaxşı matros” nominasiyası üzrə II yer:
XDND-nin “Kapitan Ağasiyev” gəmisinin matrosu Şiriyev Məmməd Rəsul oğlu
DND-nin “Maestro Niyazi” gəmisinin matrosu Quliyev Ədalət Əli oğlu
14. “Ən yaxşı motorçu”:
XDND-nin “Lyutoqa” gəmisinin motorçusu Zeynalov Xəqani Əlisalam oğlu
DND-nin “Şuşa” gəmisinin motorçusu Məmmədov Aydın Məmməd oğlu
15. “Ən yaxşı motorçu” nominasiyası üzrə II yer:
XDND-nin “Şüvəlan” gəmisinin motorçusu Xudaverdiyev Heydər Məmməd oğlu
DND-nin “Maestro Niyazi” gəmisinin motorçusu Əliyev Mübariz Razim oğlu
16. “Ən yaxşı gəmi təmirçisi”:
“Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Zəkiyev Elmin Bədəl oğlu
“Bibiheybət” GTZ-nin gəmi gövdə təmirçisi Ağayev Habil Əyyub oğlu
17. “Ən yaxşı gəmi təmirçisi” nominasiyası üzrə II yer:
“Zığ” GTTZ-nin gəmi təmiri çilingəri Əliməmmədov Murad İsa oğlu
“Bibiheybət” GTZ-nin rəngsazı Mustafayev Vüsal Gülhüseyn oğlu
18. “Ən yaxşı müəllim”:
ADDA-nın Gəmi energetik qurğuları kafedrasının müdiri İsmayılov Akif Şəmil oğlu
Nominasiya üzrə birinci yerin qaliblərinə onların aylıq vəzifə maaşlarının iki misli məbləğində, ikinci yerin qaliblərinə isə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat veriləcək.
“Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb.
“Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” adını almış işçilərə isə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.