- XƏBƏRLƏR -
6089 Arxiv
ADDA-da Elektron Akademiya tətbiq olunacaq
2020.01.27 10:09

Azərbaycan Dövlət Dəniz Akademiyasında rektor Heydər Əsədovun sədrliyi ilə iclas keçirilib. Prorektorların, fakültə dekanlarının, kafedra müdirləri və struktur rəhbərlərinin iştirakı ilə keçirilən iclasın əsas mövzusu ADDA-da Elektron Akademiyanın tətbiqi olub.

Rektor H. Əsədov bildirib ki, Akademiyanın prioritet məqsədlərindən biri də təlim-tədris prosesində innovaitv texnologiyaları tətbiq etməklə idarəetmənin və tədris mühitinin elektronlaşdırılmasıdır. Elektron Akademiya müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının artırılması, tədris üzrə təşkilati strukturun idarə edilməsi və s. kimi proseslərə geniş imkanlar yaradır. 

Layihənin həyata keçirilməsi üçün qarşıda duran işlərdən danışan rektor Akademiyanın tədris-təlim və texniki bazası ilə ilə bağlı fakültə dekanları, kafedrda müdirləri, İnformasiya Resurs Mərkəzi əməkdaşlarının və struktur bölmə rəhbərlərinin fikirlərini dinləyərək Elektron Akademiyaya keçidlə bağlı tapşırıqlarını verib, iclas iştirakçıları arasında müvafiq vəzifə bölgüsü aparıb.