- XƏBƏRLƏR -
6147 Arxiv
“Sabit Orucov” gəmisində təlim
2020.01.07 09:35

Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələrin nəzəri-praktiki biliklərinin artırılması üçün mütəmadi olaraq təlimlər keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən ADDA-nın ixtiyarına verilən “Sabit Orucov” sərnişin gəmisində növbəti təlim “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında təhsil alan 1-ci kurs tələbələri üçün təşkil olunub. Təlimin əsas mövzuları tələbələrə “Qayıq həyəcanı” və “Yanğın həyəcanı” siqnalları verilərkən gəmini tərketmə mexanizminin öyrənilməsi, xilasetmə vasitələrindən düzgün qaydada istifadə edilməsi, evakuasiya yollarında nizam-intizam qaydalarına dəqiq riayət olunması, xilasetmə qayığında yaşama üsulları, yanğının aşkar edilməsi üçün görülən taktiki tədbirlər, yanğının qarşısının alınması zamanı mühafizə geyimindən və yanğınsöndürmə vasitələrindən istifadə bacarıqlarına yiyələnmək, alovla mübarizə, qapalı mühitdə süni nəfəs aparatının tətbiqi və sair məsələlər olub.

Təlimdə ümumilikdə 110 tələbə iştirak edib. Bu təlimlər SOLAS və STCW beynəlxalq konvensiyalarının tələblərinin yerinə yetirilməsi baxımından böyük əhəmiyyət daşıyır.