- XƏBƏRLƏR -
5162 Arxiv
Yeni nəşrlər işıq üzü görüb
2019.12.11 09:39

Hər il may ayında Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilimiş Beynəlxalq elmi-texniki konfrans keçirilir. 2019-cu ildə də baş tutan elmi-texniki konfransa ümumilikdə 116 məruzə, o cümlədən 6 xarici ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Gürcüstan) 42 alimin məruzələri təqdim edilib. Bu konfransın məqsədi su nəqliyyatının problemlərinin öyrənilməsi və tədqiq edilməsi sahəsində öz töhfəsini verməkdir. Elmi-texniki konfransın təşkilatçıları bu məruzələrin gələcəkdə su nəqliyyatı və su ilə daşımalarda qarşıya çıxa biləcək problemlərin həllində kömək olacağına ümidvardır. Sevindirici haldır ki, ADDA-da hər il tələbə, magistrant və gənc tədqiqatçıların da elmi-texniki konfransı təşkil olunur.

Bu günlərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Su nəqliyyatının problemləri” mövzusunda 14-cü Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” jurnalı və “Dəniz nəqliyyatının  inkişaf perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransının “Tezislər toplusu” işıq üzü görüb. Qeyd edək ki, hər iki nəşr Akademiyamızın mətbəəsində çap edilib.

Arzu edənlər məruzə materialları ilə ADDA-nın kitabxanasında tanış ola bilərlər.