- XƏBƏRLƏR -
5172 Arxiv
Müəllimimiz sertifikata layiq görülüb
2019.11.26 14:04

Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələrinə xarici ölkə universitetləri ilə mütəmadi əməkdaşlıq, tələbə mübadiləsi və dənizçilik sahəsində aparılan elmi araşdırmalarda xarici təhsil müəssisələrinin professor-müəllim heyəti ilə birgə iş və s. kimi layihələr daxildir. Onu da qeyd etməliyik ki, ADDA nüfuzlu Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının (İAMU) da üzvüdür. Bura üzv olan ökələrdən olan araşdırmaçı alimlər mütəmadi olaraq öz elmi işlərini qiymətləndirilmək üçün İAMU-ya təqdim edirlər. Təşkilat da öz növbəsində bu işləri üzvü olan təhsil müəssisələrinin professor-müəllim heyətinə göndərir və elmi araşdırmaya öz qiymətini verməsini xahiş edir.

Bu ilin iyul ayında İAMU-dan ADDA-ya da belə bir xahiş məktubu daxil olub. Akademiyamızın “Gəmi energetik qurğuları” kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Akif İsmayılovdan FY2020 araşdırma layihələrinin qiymətləndirici referisi olmaq xahiş edilib. A. İsmayılov da öz növbəsində təqdim olunan 4 layihə ilə tanışlıqdan sonra hər birinə öz qiymətini verərək İAMU-ya göndərib.

İAMU rəhbərliyi cavab məktubunda ADDA-nın dosentinə bu elmi araşdırmaların qiymətləndirilməsində fəal iştirakına görə təşəkkürünü bildirib. Akif müəllimin fəaliyyəti “Təşəkkür sertifikatı” ilə dəyərləndirilib.