Xəbər verdiyimiz kimi, ADDA-nın Tədris-qeydiyyat şöbəsinin karyera və təcrübənin təşkili üzrə mütəxəssisi İlya Korablyov oktyabrın 11-dən 31-dək Çin Xalq Respublikasında “Bir kəmər - bir yol layihəsində inkişaf etməkdə olan ölkələrin universitet müəllimlərinin təkmilləşdirilməsi” (Belt and Road initiative Seminar on Capacity Building for University Teachers from Developing Countries) mövzusunda keçirilən seminarda iştirak edib.
Bu gün ADDA-nın akt zalında Akademiyanın professor-müəllim heyətinin iştirakı ilə İ. Korablyovun seminardakı iştirakı haqqında məruzəsi dinlənilib. Məruzəçi dinlədiyi mühazirələrdən, seminarda iştirak edən digər xarici ali məktəb nümayəndələri ilə keçirdiyi görüşlərdən, Çin təhsil sistemi metodikasından danışıb. Slaydlarla müşaiyət olunan məruzə çox maraqla qarşılanıb. İ. Korablyov görüşdə iştirak edənlərin suallarını da cavablandırıb.