- XƏBƏRLƏR -
5482 Arxiv
“Ulu Öndər” filminin təqdimatı keçirilib
2019.10.30 09:47

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Ulu Öndər” sənədli filminin təqdimatı keçirilib. Filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr öz əksini tapıb.

Nümayişdən öncə ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov umummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb. Sovet Azərbaycanının rəhbəri olduğu dövrdə ölkəmizin bütün sahələrində olduğu kimi gəmiçilikdə də böyük canlanma yaranmışdı. Məhz həmin vaxtı Heydər Əliyevin təkidi ilə bir çox yeni tanker və quru yük gəmilərinin tikintisinə başlandı. Müstəqil Azərbaycana rəhbərliyi dövründə də dənizçilər daim Ümummilli liderin qayğısını öz üzərində hiss ediblər. Həmin diqqət və qayğının bugün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstərildiyini vurğulayan prorektor V. Sadıqov Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında dənizçilərin əməyinin bundan sonra da olacağına əminliyini ifadə edib.

Sonra “Ulu Öndər” sənədli filmi nümayiş etdirilib və tələbələrin böyük marağına səbəb olub. Filmin quruluşçu rejissoru, professor Rafiq Quliyev, redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır. Eyni adlı mahnının bəstəkarı isə xalq artisti Siyavuş Kərimidir. Mahnının sözləri filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluya məxsusdur.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub.