- XƏBƏRLƏR -
5119 Arxiv
ADDA-da “Dəniz ətraf mühitinin qlobal problemləri” mövzusunda seminar keçirilib.
2019.10.21 13:32

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyasında ingilis dilli qruplarında təhsil alan tələbələr üçün “Dəniz ətraf mühitinin qlobal problemləri” mövzusunda seminar  keçirilib.

Seminarı kapitan Titos Giannakakis aparıb.

Seminar zamanı Titos Giannakakis dəniz ətraf mühitinə həssaslığın vacibliyindən danışıb. O, gəmi tullantıları, dənizə axıdılan çirkab suların dəniz ətraf mühitinə mənfi təsir göstərdiyini bildirib. Bununla belə, kapitan düzgün yanacaq yağlarının istifadəsi, gəmilərin təkrar emalı və dənizin qorunması üçün IMO-nun tələbləri və tətbiq etdiyi texnoloji yeniliklər barədə də iştirakçılara ətraflı məlumat verib.

İki saat davam edən seminar interaktiv şəkildə keçib. Gələcəyin gəmi sürücüləri və mexanikləri fikirlərini bölüşüb, onları maraqlandıran sualları səsləndiriblər.