- XƏBƏRLƏR -
6635 Arxiv
Qeydiyyat başladı
2019.08.15 06:45

Avqustun 15-də saat 9-00-dan Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binasında bu il  ADDA-ya daxil olan abituriyentlərin qeydiyyatına start verilib. Abituriyentlər qeydiyyat prossesi zamanı komissiya üzvlərinə siyahısı əvvəlcədən elan edilən səndələrini  təqdim ediblər. Fakültə dekanlığı və Akademiyanın Tədris şöbəsinin əməkdaşları tərəfindən sənədlər yoxlanıldıqdan sonra artıq tələbə adını qazanmışların məlumatları uyğun olaraq qeydiyyata alınır. Burada həmçinin yataqxanaya ehtiyacı olan abituriyentlərdən ADDA-nın yataqxanadasında yerləşdirmə ilə bağlı müvafiq ərizə də qəbul edilir. Hər bir qeydiyyata gələn üçün xüsusi geyim forması ölçüləri götürülüb sifariş verilir. Son olaraq Akademiya ilə tələbə arasında Nümunəvi Fərdi müqavilə imzalanır.