- XƏBƏRLƏR -
6051 Arxiv
Rəhbər heyətin mülki müdafiə məşqi
2019.05.22 12:17

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2019-cu il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, mayın 22-də Akademiyada Rəhbər heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib. Tədbirdə ADDA-nın rəhbər heyəti, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, mülki müdafiə qərargahı  iştirak edib. 

Mülki müdafə məşqinin əsas məqsədi Akademiyanın rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin  idarə edilməsinin  təşkili üzrə biliklərinin təkmilləşdirilməsi, mülki müdafiə planının reallığının yoxlanılması, Akademiyanın fövqəladə hadisələrdə  hazırlıq səviyyəsinin müəyyən edilməsi  olmuşdur. 

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov   Rəhbər heyətin mülki müdafiə məşqi və Akademiyada mülki müdafiə hazırlığının vəziyyəti barədə  geniş məlumat verib. Akademiyanın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyev məşq zamanı fəaliyyət təminatı və vəzifələrin icrası vaxtı əlaqələrin qarışılıqlı fəaliyyətinin təşkilinin önəmini vurğulayıb. Mülki müdafiə qərargahının rəisi A.Babaşov məşqin məqsədini, məşqin planının məzmununu və məşqin gedişini izah edib. Sonda məşqin nəticələri təhlil olunub.