- XƏBƏRLƏR -
6733 Arxiv
“Yaradıcı təfəkkür” mövzusunda master-klass
2019.05.07 04:51

Kökləri dünyamız qədər dərin olan insan və onun “mən”inin dərki, özünüreallaşdırma, humanizm ideyaları bütün bəşəriyyəti daim düşündürən problem olaraq qalmaqdadır.

Bu gün ADDA-nın ikinci korpusunda Bolqarıstandan qonaq gəlmiş professor Nikolay Buyukliyevin  akademiya əməkdaşları və tələbələri qarşısında  təqdim olunan “Yaradıcı təfəkkür” mövzusunda master-klassı məhz bu problemə həsr edilib. Çıxışının əvvəlində  natiq “tənqidi düşüncə tərzi”, “sosiallaşan uğurlu fərd”, “kimlik” anlayışları barədə qısa məlumat verərək, dinləyicilərin diqqətini maraqlı məcraya kökləməyə müvəffəq olub.

Yaradıcı təfəkkürün formalaşmasında tənqidi düşüncə mexanizminin reallaşmasının vacibliyini ifadə edən N.Buyukliyev bu xüsusda, “beyin həmləsi”, “analitik-tənqidi yanaşma” kimi üsul və metodların əhəmiyyətindən də söz açıb.

Sonra mövzu ilə bağlı akademiya əməkdaşları ilə birgə fikir mübadiləsi aparıb və Akademiyada olmağından məmnunluğunu ifadə edib.