- XƏBƏRLƏR -
7045 Arxiv
Xarici qonaqlar TTM-də olublar
2019.05.03 13:00

Xəbər verdiyimiz kimi, mayın 2-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Konfransda azərbaycanlı alimlərlə yanaşı xarici ölkələrdən gələn elm xadimləri də iştirak edir. Mayın 3-də Akademiyanın qonaqları ADDA-nın Təlim-Tədris Mərkəzində olublar. Mərkəzin direktoru Emil Manafov onlara TTM haqqında ətraflı məlumat verib. O, Təlim Mərkəzinin yaranması tarixindən danışaraq vurğulayıb ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya olunmuş yeganə Təlim-Tədris Mərkəzidir.  TTM-in maddi-texniki bazasının mütəmadi olaraq yenilənməsi daim ASCO rəhbərliyinin diqqət mərkəzindədir. Sonra qonaqlar TTM-də olan trenajor və simulyator avadanlıqları ilə tanış olublar. İxtisaslaşdırılmış üstüörtülü hovuz qonaqlarda xüsusi təəssürat yaradıb. Onlar bildiriblər ki, ölkədə belə bir Təlim-Tədris Mərkəzinin fəaliyyət göstərməsi dənizçiliyə və dənizçilərə olan xüsusi dövlət qayğısından xəbər verir.