Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransı keçirilmişdir. Bu gün Akademiyanın akt zalında konfransın nəticələrinə həsr olunmuş mərasimdə qaliblər müəyyənləşdirilib. Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, təhsillərinin ilk mərhələlərində bu cür konfransda iştirak edən tələbələr gələcək elmi fəaliyyətləri zamanı burada əldə etdikləri təcrübədən səmərəli istifadə edə biləcəklər.
Sonra ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov qalibləri elan edib. Qeyd edək ki, bu il 6 bölmə üzrə ümumilikdə 19 tələbə müvafiq diplomlara layiq görülüb.
Bölmələri və qalibləri təqdim edirik:
I BÖLMƏ
«GƏMİQAYIRMA VƏ GƏMİ TƏMİRİ»
II BÖLMƏ
“DƏNİZ NAVİQASİYASI”
III BÖLMƏ
«GƏMİ ENERGETİK QURĞULARI»
IV BÖLMƏ
«GƏMİLƏRİN ELEKTRİK AVADANLIQLARI VƏ AVTOMATİKASI»
V BÖLMƏ
«TƏTBİQİ MEXANİKA VƏ RİYAZİYYAT»
VI BÖLMƏ
«SU NƏQLİYYATININ HUMANİTAR VƏ DİLÇİLİK MƏSƏLƏLƏRİ»