Azərkitab Kitab Təbliğatı Mərkəzində 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı təşkil olunmuş dəyirmi masada ADDA-nın Tələbə gənclər və Tələbə həmkarlar təşkilatlarının sədr və üzvləri iştirak ediblər.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş video-çarx nümayiş edilib.
Tədbirdə çıxış edən Azərkitab Kitab Təbliğatı Mərkəzinin rəhbəri Sabir Həsənov 1918-ci ildə baş vermiş qanlı hadisələrin ermənilərin xalqımızın əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.
Daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əli-zadə çıxış edərək 31 mart azərbaycanlıların soyqırımı haqqında məlumat verib. O bildirib ki, xalqımızın keçdiyi qanlı-qadalı yolların gələcək nəsillərə ötürülməsində indiyədək xeyli iş görülüb, həmçinin xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırıması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirilib.
Tədbirdə çıxış edən digər natiqlər bu vəhşilik və vandalizm hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi tarixindən geniş söz açıblar.