Azərbaycan Dövlət Dəniz Akademiyasında “master-class” dərsləri keçiriləcək.
İlk “master-class” dərsi aprelin 4-də dosent Lətif Məmmədovun iştirakı ilə “Düzləndiricilər və onların iş prinsipləri” mövzusuna həsr olunacaq.
Növbəti “master-class” dərsi “Gəmiqayırma və gəmi təmirində mütərəqqi tökmə üsulları” mövzusuda olacaq. Dərs professor Nizami İsmayılov tərəfindən aparılacaq.
Mayın 5-də isə baş müəllim Elbrus Həşimovun iştirakı ilə “BMT-nin dəniz hüququ üzrə konvensiya və Beynəlxalq təcrübə” mövzusuna həsr olunmuş “master-class” dərsi baş tutacaq.