- XƏBƏRLƏR -
6073 Arxiv
İstedadlı gənclər olimpiadada iştirak etdilər
2018.11.30 12:00

Noyabrın 29-da Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş ümumpeşə hazırlığı fənləri üzrə olimpiada keçirilib. Tələbələrə öz intellektual bacarıqlarını maksimum açmağa imkan yaradılması, elmdə və təhsildə qabiliyyətli, istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyan olimpiada 3 fənn – riyaziyyat, fizika və ingilis dili fənləri üzrə təşkil olunmuşdu. Hər fənn üzrə ayrılıqda keçirilən bilik yarışmasında gənclər qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim ediblər. Yazılar yoxlandıqdan sonra müsabiqə komissiyası noyabrın 30-da nəticələri elan edib. Ən yüksək nəticələr ingilis dili fənni üzrə qeydə alınıb. Toğrul Əhmədov, Şamil Əhmədzadə, Murad Eyvazov, Nihad Məmmədli və Qudrət Şəmilzadə daha çox bal toplayıblar.