17 noyabr - MİLLİ DİRÇƏLİŞ GÜNÜ ilə əlaqədar olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında “Breyn-rinq” bilik yarışının seçim mərhələsi keçirilib. Tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılıqı ilə keçən yarışda 30-dan çox tələbə iştirak edib. Onlar sualları müvəffəqiyyətlə cavablandırıblar və yaxşı nəticə göstərən tələbələrdən “Breyn-rinq” yarışlarında çıxış etmək üçün iki komanda yaradılıb.