- XƏBƏRLƏR -
12128 Arxiv
Yeni YAP biletləri təqdim edildi
2018.06.22 16:00

İyunun 14-də Milli Qurtuluş günü ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında xüsusilə gənclərin böyük əhəmiyyət verdiyi tədbir keçirilib. ADDA rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə vermiş gənclərə partiya vəsiqələri təqdim edilib. Akademiyanın rektoru Çingiz Əliyev YAP-ın respublikamızda siyasi sistemin qurulmasında əvəzsiz xidmətlərini, bu prosesin Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təşkil olunduğunu və dövlət başçımız İlham Əliyev tərəfindən daha müasir səviyyəyə qaldırıldığını vurğulayaraq, yeni üzvləri həm partiya sıralarına daxil olmaları, həm də Milli Qurtuluş günü münasibətilə təbrik edib. Sonra Ç.Əliyev YAP-ın koordinatoru, “Xəzər dənizçiləri” ərazi təşkilatının idarə heyətinin üzvü Natalya Fatyanova ilə birlikdə yeni qəbul olunan YAP üzvlərinə partiya vəsiqələrini təqdim edib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, bu tədbirdə ümumilikdə ADDA üzrə daha 53 nəfər YAP-a qəbul olunub. Onlardan 29 nəfəri işçilər, 24 nəfəri isə tələbələrdir.