- XƏBƏRLƏR -
15036 Arxiv
Növbəti “master klass” dərsi keçirilib
2018.05.23 06:05

Mayın 22-də ADDA-nın akt zalında  “Dəniz naviqasiyası" kafedrasının baş müəllimi Asif Xəlilovun “Dəniz üzgüçülüyündə risklərin qiymətləndirilməsi” mövzusunda “master klass” dərsi keçirilib. Dərsdə akademiyanın rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, doktorantlar, magistrantlar və tələbələr də iştirak ediblər.

Xəlilov ilk növbədə dəniz üzgüçülüyündə risklərin qiymətləndirilməsini özündə əks etdirən rəhbər sənədlər barədə ətraflı məlumat verib, riskin və təhlükənin nə olduğunu aydınlaşdıraraq, riskin qiymətləndirilməsi üçün ədəbiyyat analizinin nəticələrini diqqətə çatdırıb. Mühazirədə dəniz sürücülüyündə mövcud təhlükəli hallar, bu zaman insanları gözləyən risklər, riskin qiymətləndirilməsi zamanı əsas amillər (insan həyatı, ətraf mühit, təhlükəsiz istismar) nəzərdən keçirilərək, riskin qiymətləndirmə matrisi təqdim edilib. Bu matrisdə ehtimal edilən risk səviyyələri qiymətləndirilib, yeni riskə nəzarət tədbirləri müəyyən olunub.

Sonda A. Xəlilov risklərin qiymətləndirilməsi metodikasını təklif edib, dinləyiciləri maraqlandıran suallara cavab verib. “Master klass” dərsi yüksək səviyyədə keçib.