- XƏBƏRLƏR -
16577 Arxiv
ADDA-da qanvermə aksiyası keçirildi
2018.04.10 15:00

Azərbaycan Dövlət Dəniz Akademiyasında "Donor günü" adı altında növbəti xeyriyyə tədbiri - qanvermə aksiyası keçirilib. "Donor günü"ndə ADDA-nın kollektivi könüllü olaraq bu humanist aksiyaya qoşulublar.

 Aksiya Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə bütün sanitar qaydaların tam təminatı şəraitində baş tutub.        

Qeyd edək ki, bu aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən və davamlı olaraq qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək olmaqdır. Humanitar və sosial layihələr çərçivəsində təşkil edilən qanvermə aksiyası hər il Gəmiçiliyin bütün müəssisələrində olduğu kimi ADDA-da da davamlı keçirilir. Akademiyanın müəllim-professor heyəti və digər əməkdaşları bu tip aksiyalarda hər zaman fəal iştirak edirlər.