- XƏBƏRLƏR -
7783 Arxiv
ADDA-nın qocaman əməkdaşı, "Ən yaxşı müəllim" nominasiyasının qalibi olub
2018.03.06 15:01

“AXDG” QSC-nin 2017-ci il üçün ən yaxşı əməkdaşlarının adları məlum olub – SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar  Cəmiyyətində 2017-ci  ilin yekunlarına görə,  “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı  mexanik”,  “Ən yaxşı elektrik mexaniki”,  “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları məlum olub.

Ən yaxşılar “AXDG” QSC-nin sədri Rauf Vəliyevin imzaladığı  əmrlə  müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin  müvafiq protokolu  nəzərə alınaraq müəyyən edilib.

Beləliklə, 2017-ci ilin qaliblərini sizə təqdim edirik.

Ən  yaxşı gəmi:

XDND-nin   “Nefteqaz-64” gəmisi;

DND-nin  “Qəhrəman Əsədov”  gəmisi

Ən yaxşı kapitan:

XDND-nin “Nefteqaz-10” gəmisinin kapitanı Həsənov Əjdər Heydər oğlu;

DND-nin “Cəlil Məmmədquluzadə”  gəmisinin kapitanı Hüseynov Müşfiq Rasim oğlu

Ən yaxşı mexanik:

XDND-nin “Yarenqa” gəmisinin böyük mexaniki Hacıyev Şamo Qədir oğlu;

DND-nin “Professor Əziz Əliyev”  gəmisinin böyük mexaniki İsrafilov Şakir Abdulməcid oğlu

Ən yaxşı elektrik mexaniki:

XDND-nin “Sumqayıt” gəmisinin elektrik mexaniki Nəcəfquliyev Vəliyəddin Sədulla oğlu;

DND-nin “Rəsul Rza” gəmisinin elektrik mexaniki İsgəndərov Rövşən Əlvida oğlu

Ən yaxşı matros:

XDND-nin  “PSK-33”  gəmisinin matrosu Salayev Tərlan İmanverdi oğlu;

DND-nin “Qara Qarayev”  gəmisinin matrosu Mirzəyev Bəxtiyar Əsəd oğlu

 Ən yaxşı motorçu:

XDND-nın “Atlet-2” gəmisinin motorçusu İbadov Mədət Heydər oğlu;

DND-nin “Prezident Heydər Əliyev” gəmisinin motorçusu Heydərov Səfər Mahmud oğlu

Ən yaxşı bosman:

XDND-nin  “Aydın Məmmədov” gəmisinin bosmanı Hüseynov Rasim Oruc oğlu;

DND-nin “Maestro Niyazi” gəmisinin bosmanı Əliyev Nəsib Ağaqulu oğlu

Ən yaxşı gəmi təmirçisi:  

 “Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Ədilov Nazim İsmayıl oğlu;

“Bibiheybət” GTZ-nin gəmi gövdə təmirçisi Məmmədov Səfadar  Əlibala  oğlu

Ən yaxşı müəllim:

ADDA-nın “Gəmi energetik qurğuları” kafedrasının dosenti Babayev Hacı Mirzə oğlu

İlin gənc dənizçisi:

DND-nin “Professor Əziz Əliyev”  gəmisi kapitanının 2-ci köməkçisi  Əliyev Tural Səmədağa oğlu

İRM olaraq qalibləri, o cümlədən  Hacı müəllimi ürəkdən təbrik edir,  ona bol-bol yaradıcılıq uğurları arzulayırıq.