- XƏBƏRLƏR -
7837 Arxiv
ADDA tələbələri “Bir olaq , həmrəy olaq!” tədbirinə qatılıb
2017.12.21 16:00

Azərbaycan Dövlət Pedaqoji Universiteti TGT-nin təşkilatçılığı və Bakı şəhərində yerləşən ali təhsil  müəssisələrinin əməkdaşlığı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş “Bir olaq, həmrəy olaq!” adlı tədbir keçirilib. Tədbirdə ADPU rəhbərliyi ilə yanaşı əməkdaşlıq edən universitetlərin rəhbərlikləri, ATGTİ nümayəndələri, həmrəyliyini göstərən ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Tədbir ADPU tələbələrinin himn səsləndirilməsi ilə açıq elan edilib, ardından ADDA və ADİU tələbələrinin birgə hazırladığı «Bayraq» kompozisiyası nümayiş olunub. ADİU tələbəsi Bayraq şeirini səsləndirərkən, ADDA tələbələri 3 rəngli bayrağımızı səhnəyə gətiriblər. Daha sonra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə fərqli dillərdə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" münasibətilə təbrikləri əks etdirən video çarx nümayiş edilib.

Fəxri qonaqlar siyahısında Azərbaycanın xalq artisti Fidan Hacıyeva da yer alıb. Tədbirdə çıxış edən Fidan xanım Hacıyeva Müslüm Maqamayevin Azərbaycan mahnısını ifa edərək qonaqlara xoş anlar yaşadıb.