- XƏBƏRLƏR -
7192 Arxiv
Növbəti master-klass maraqla dinlənilib
2017.12.15 16:37

15 dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının Akt zalında professor-müəllim heyəti, doktorant, dissertant, magistr və tələbələr üçün “Gəmiqayırma və gəmi təmiri” kafedrasının professoru, texnika elmləri doktoru A.T.Məmmədovun “Qaynağın fiziki-metallurji əsasları” mövzusunda master-klass dərsi təşkil olunub. 

Geniş auditoriya kütləsi üçün nəzərdə tutulan mühazirə “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin böyük marağına səbəb olub.  

Master-klass zamanı prof. A.T.Məmmədov yüksək səviyyədə hazırlanmış prezentasiya və mövzu ilə əlaqədar əyani vəsaitlər təqdim edib.

Gələcəkdə gəmi inşaatçıları olacaq II-III kurs tələbələri və magistrlər mühazirəçiyə qaynaq prosesləri barədə xeyli sayda suallar veriblər və dərs interaktiv diskussiya formasında davam edib.