- XƏBƏRLƏR -
7882 Arxiv
40 ilin məzunları ADDA-da
2017.12.02 16:24

02.12.2017-ci il tarixində Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin 1973-1977-ci illərdə təhsil almış 3-cü rotanın 534-cü qrupunun müdavimləri məktəbi bitirməklərinin 40 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Dəniz Akademiyasında təşkil olunmuş görüşdə iştirak ediblər.  Məzunlar Gəmi Energetik Qurğuları kafedrasının tədris elmi laboratoriyasında dizel generatorları, dizel mühərriklərinin tədqiqat sınaq qurğusu, yanacaq və yağ separatoları, hava kompressorları, dizel mühərriklərinin işə salınma sistemləri və digər köməkçi mexanizmlərlə, həmiçinin MR 3D trenajoru ilə tanış olublar.  

Sonra Dəniz naviqasiyası fakültəsinə mənsub Radarla müşahidə və təsvir, elektron xəritəçəkmə, dəniz astronomiyası və naviqasiya çəkilişi, multimedia öyrədici modul trenajorları, ixtisaslaşmış auditoriyalarla tanış olaraq çox məmnun qaldıqlarını bildiriblər.

 İnformasiya resurs mərkəzinin zəngin kitabxana fondu və ADDA-nın tarixi muzeyi ilə  yaxından tanış olan qonaqlar xatirə kitabına öz ürək sözlərini və xoş təəssüratlarını yazıblar.

Akademiyada təhsil aldıqları müddətlə hazırkı dövrü müqayisə edərək, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, əldə edilən uğurları xüsusilə vurğulayan məzunlar bu inkişafa çox sevindiklərini bildiriblər.

Belə bir görüşü təşkil etdiyi üçün qonaqlar akademiya rəhbərliyi və kollektivinə öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.