- ELANLAR -
3749 Arxiv
Tələbələrin nəzərinə!
2024.02.08 03:46

Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan

“DƏNİZ  NƏQLİYYATININ  İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda

tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı

4-5 aprel 2024-cü il, Bakı, ADDA

Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Mexanika
  • Riyaziyyat və informatika
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 24-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 20-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

 

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA.

E-mail: elvina.abdullayeva@asco.az    

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Otaq  423