- ELANLAR -
2511 Arxiv
“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də ümumpeşə hazırlığı fənləri və ixtisas fənləri üzrə olimpiada keçiriləcək.
2023.11.20 04:38

Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcək. Olimpiadanın qalibləri pul mükafatı ilə, diplomlar və sertifikatlarla təltif olunacaqlar. “Ümumpeşə hazırlığı fənləri” və “ixtisas fənləri” istiqamətlərinin hər biri üzrə bir 1-ci yer, iki 2-ci yer, üç 3-cü yer təsis edilmişdir.

  • I yerin qalibləri 91 və daha çox bal toplayan tələbələr arasından seçiləcəkdir. Qaliblər 150 AZN pul mükafatı və diplomla təltif ediləcək.
  • II yerin qalibləri – 100 AZN pul mükafatı və sertifikatlarla təltif ediləcək.
  • III yerin qalibləri – 50 AZN pul mükafatı və sertifikatlarla təltif ediləcək.

Keçirilmə tarixi: 29-30 noyabr 2023-cü il, saat 1500 .

Ünvan: AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18.

Olimpiada haqqında ətraflı məlumat və qeydiyyat: 

ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi, otaq 423.

Qeyd: Qeydiyyat üçün son tarix 25.11.2023-cü il.