- ELANLAR -
3017 Arxiv
ELAN
2023.09.25 01:56

Türkiyədən Azərbaycana məxsusi olaraq dəvət olunmuş Qazi Universitetinin professorları Muslim Çengiz Taplamaçıoğlu, Nuri Yücel və Hıdır Düzkaya mexanika və enerji səmərəliliyi sahəsində dünya çapında tanınmış mütəxəssislərdir, eləcə də qeyd olunan sahədə bir neçə nüfuzlu elmi jurnalların redaksiya heyətinin üzvləridir.

Akademiyanın elmi əlaqələrini genişləndirmək məqsədilə “Gəmi mexanika­sı və elektromexanikası” fakültəsinin və “Tətbiqi mexanika” kafedrasının birgə təşkilatçılığı ilə  27.09.2023-cü il tarixdə (II bina, saat 1015, aud.412) kafedra əməkdaşları və tələbə heyətinə “Mexanikada innovativ texnologiyalar sahəsində dünya təcrübəsi və ətraf mühit” mövzusunda master klass dərsi keçiriləcəkdir.

Rəhbərlik