- ELANLAR -
4813 Arxiv
“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PUBLİK HÜQUQİ ŞƏXSİNİN BAKALAVRIAT PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2023.08.31 10:51

2023/2024-cü tədris ilində bakalavriat pilləsinə qəbul olunmuş abituriyentlər 05.09.2023-cü il saat 11:00-dan  14.09.2023-cü il saat 18:00-dək Portal.edu.az-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:

  1. Attestat;
  2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
  3. Tələbənin imtiyazını təsdiq edən sənədlər (əgər varsa).

 

Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.

 

Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

 

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 06.09.2023-cü il tarixindən 14.09.2023-cü il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Attestatın əsli və surəti;
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. Narkoloji və psixoloji dispanserdən arayış;
  6. 8 ədəd 3x4 ölçülü fotoşəkil;
  7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
  8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  9. Yaşayış yerindən arayış.

 

Sənədlərin qəbulu 06.09 - 14.09.2023-cü il tarixlərində saat 09:00-dan 16:00-dək Akademiyanın əsas korpusunda aparılacaqdır.

 

Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.