- ELANLAR -
3199 Arxiv
Professor-müəllim heyətinin nəzərinə!
2023.02.14 11:34

Hörmətli həmkarlar!

4-5 may 2023-cü il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqat­çılar konfransda iştirak etməyə dəvət olunurlar. 

      

“SU NƏQLİYYATININ PROBLEMLƏRİ”

mövzusunda Beynəlxalq konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.

 

KONFRANS  AŞAĞIDAKI  BÖLMƏLƏR  ÜZRƏ  KEÇİRİLƏCƏK:

  • Gəmiqayırma və gəmi təmiri texnologiyası
  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiçilik texnikası
  • Gəmiçilikdə təbiət elmlərinin problemləri
  • Gəmiçilikdə humanitar və dilçilik problemləri

KONFRANSIN MATERİALLARI

Təşkilat Komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XVIII Beynəlxalq elmi-texnikin konfransın toplusunda dərc olunacaq. Konfransın proqramı və əlavə məlumatlar təqdim olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 05 aprel 2023-cü il tarixinə kimi Təşkilat Komitəsinə təqdim etməlidir.

MƏQALƏLƏRİN  TƏRTİBAT QAYDALARI:

  1. Məqalələr Times New Roman 12-ci şriftilə, azərbaycan, ingilis və rus dillərində və bir intervalla yazılmalıdır. Səhifə ölçüləri: A4 (210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 6-12 səhifədən çox olma­malıdır.
  2. Məqalənin adı, müəllifin adı, soyadı, ata adı və müəlliflərin inisialları ingilis dilinə tərcümə olunmalıdır.
  3. Müəllifin adı başlığın altında ortada yazılmalı, sonra müəllifin iş yerinin tam adı və elektron poçt ünvanı qeyd olunmalıdır.
  4. Məqalə bu bölümlərdən ibarət olmalıdır: UOT, başlıq, müəllifin adı və soyadı, üç dildə xülasə və açar sözlər, giriş (введение, introduction), metodlar və materiallar (методы и материалы, methods and materials), nəticə (результаты, results), müzakirə (обсуждение, discussion), AAK-ın tələblərinə uyğun (Əlavə 4.1) istinad ədəbiyyatı (список литературы, references). Məqalənin sonunda elm sahəsinin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqdisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
  5. Başlıq ortada, qara və böyük hərflərlə yazılmalıdır. 
  6. Xülasə 100-150 söz aralığında olmaqla, 12-ci şriftlə, 3 dildə olmalıdır.
  7. Açar sözlər 3 dildə, ən azı üç sözdən ibarət olmalıdır. Məqalədə UOT, yaxud UDC (УДК) kod­lar göstərilməlidir.
  8. Şəkil, rəsm, grafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə və mətn içərisində olmalıdır. Şəkil, rəsm və qrafiklərin yazıları onların altında yazılmalıdır. Cədvəllərdə isə başlıq cədvəlin üstündə sağ hissədə yazılmalıdır.
  9. Mənbələr mətn içərisində kvadrat mötərizə daxilində göstərməklə, məqalənin sonunda mətn daxilindəki sıra ilə düzülməlidir. Eyni mənbəyə iki və daha çox istinad edildikdə, əvvəlki sıra sayı saxlanmaqla müvafiq səhifələr göstərilməlidir. Məsələn: [7, səh. 15]. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad ardıcıllığı ilə nömrələnə bilər. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad edilən mənbənin biblioqrafik təsviri önun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. Mənbələr 12 şrift yazı tipi böyüklüyündə olmalıdır.
  1. Əlyazmalar 1 nüsxə kağız və elektron variantda təqdim olunur. Məqaləyə mütəxəssis rəyi və antiplagiat arayışı tələb olunur. Orijinallığı 70%-dən aşağı olan məqalələr dərcə qəbul edilmir.
  1. Məqalələr jurnalın redaksiya heyətinin qərarı ilə çap olunur. Redaksiya düzəlişlər etmək üçün məqaləni müəllifə qaytara bilər.
  2. Jurnalda dərc olunmayan məqalələr geri qaytarılmır.

 

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA

E-mail: elvina.abdullayeva@asco.az    

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Əsas bina, otaq 423