“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
Azərbaycan Dövlət Dəniz Akademiyası
2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada adda.kabinet@asco.az internet portalı vasitəsilə həyata keçirilir. Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu 10 may 2022-ci ildən 01 avqust 2022-ci ilədək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
Təhsil haqqı 3800 AZN.
Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.
Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.