- XƏBƏRLƏR -
3005 Arxiv
XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çap olundu
2022.06.24 13:44

Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çapdan çıxıb.

Elmi-texniki konfransa ümumilikdə 89 məruzə daxil olub. Onların sırasında Rusiya, Qazaxıstan və Ukraynadan da elmi məqalələr var. ADDA müəllimləri 40,  respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin müəllifləri isə 43 məqalə təqdim ediblər.

Konfransa təqdim edilən elmi işlərin bir hissəsi konfransın “Məruzə materialları”nda, ən yaxşıları isə “ADDA-nın Elmi Əsərləri” jurnallarında çap olunur.

                                                                                   Yükləmək üçün Link  :  Məruzə materialları 2022