- XƏBƏRLƏR -
167 Arxiv
Dəniz Nəqliyyatı Donanmasında tələbələr üçün təcrübə öncəsi təlim keçirilib
2022.06.16 12:30

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasında (DND) yay istehsalat təcrübəsinə hazırlaşan Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 2 və 3-cü tədris ilinin tələbələri üçün təlim təşkil olunub.

“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatını tələbələrə DND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları keçib.

Təlimdə tələbələrə təcrübə müddətində olacaqları gəmilər haqqında ümumi məlumat, təhlükəsizlik texnikasının, yanğın təhlükəsizliyinin və istehsalat sanitariyasının əsasları, fərdi mühafizə vasitələri ilə tanışlıq və s. biliklər izah edilib.

Qeyd edək ki, tələbələrin cari ilin istehsalat-üzmə təcrübəsi 16 iyun-7 sentyabr arası keçiriləcək.

ASCO-nun Dəniz Nəqliyyat Donanmasının müxtəlif gəmilərində ümumilikdə 106 tələbə təcrübə keçəcək. Burada onlar il ərzində oxuduqları nəzəri bilikləri təcrübə ilə möhkəmləndirməyə çalışacaqlar.