- XƏBƏRLƏR -
169 Arxiv
Elmi seminarlar davam edir
2022.06.14 10:34

İyunun 8-də ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasında “Gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının avtomatik idarəetmə  sistemləri” mövzusunda elmi seminar təşkil olunub.   

Elmi seminarı “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov açaraq qeyd edib ki, son illərdə elmi-tədqiqatların aparılması istiqamətində əldə olunan əsas nailiyyətlərdən biri kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzularının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanma və müəssisələrindəki problemlərə uyğunlaşdırılmasıdır.

Seminarın sədri, ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasının professoru Tahir Lazımov gənc əməkdaşların elmə marağının artırılması istiqamətində Akademiyada aparılan işlərdən bəhs edərək doktorant, dissertant və gənc tədqiqatçılara öz tövsiyələrini çatdırıb və seminar iştirakçılarına uğurlar arzulayıb.

Mövzü ətrafında “Gəmi elektroavtomatikası” kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı Elşən Sultanovun məruzəsi dinlənilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə professor Aydın Muradəliyev, dosent Vahid Fərhadov, dosent Afaq Səlimova və doktorant Sahib İsmayılovun çıxışları dinlənilib, mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.