- XƏBƏRLƏR -
2667 Arxiv
ADDA tələbələri üçün təcrübə öncəsi təlim keçirilib
2022.06.08 16:44

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasında yay istehsalat təcrübəsinə hazırlaşan Azərbaycan  Dövlət Dəniz Akademiyasının (ADDA) 1, 2 və 3-cü tədris ilinin tələbələri üçün təlim təşkil olunub.

“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatını tələbələrə XDND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları keçib.  

Təlimdə tələbələrə təcrübə müddətində olacaqları gəmilər haqqında ümumi məlumat, təhlükəsizlik texnikasının, yanğın təhlükəsizliyinin və  istehsalat sanitariyasının əsasları, fərdi mühafizə vasitələri ilə tanışlıq və s. biliklər izah edilib.

Qeyd edək ki, tələbələrin cari ilin istehsalat-üzmə təcrübəsi 16 iyun-7 sentyabr arası keçiriləcək.

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının (XDND) müxtəlif gəmilərində ümumilikdə 164 tələbə təcrübə keçəcək. Burada onlar il ərzində oxuduqları nəzəri bilikləri təcrübə ilə möhkəmləndirməyə çalışacaqlar.