- XƏBƏRLƏR -
2743 Arxiv
Magistrantlarımız beynəlxalq elmi konfransda
2022.05.27 16:10

Mayın 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 104 illiyi ilə əlaqədar magistrant, kursant, tələbə və dinləyicilərin “Fövqəladə halarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda IX elmi-praktik konfrans keçirilib.

Konfransda ADDA-nın 361M qrup magistrantları, gələcəyin elektromexanikləri  İbrahim Novruzov və Ramil Səmədov müxtəlif məqalələrlə çıxış ediblər. Konfransın təbiət elmləri və təhlükəsizlik problemləri bölməsində magistrantlarımız ölkəmizdə gəmiçiliyin aktual problemlərinə dair, o cümlədən yüksək gərginlikli gəmi qurğularında tətbiq olunan yarımkeçirici çeviricilərin mühafizəsi və gəmi elektrik avadanlıqlarında elektromaqnit uyğunluğu haqqında məqalələr təqdim ediblər.

Konfransda həmçinin, fövqəladə hallar zamanı təhlükəsizlik problemləri, baş verən qəzaların aradan qaldırılmasında yeni texnologiyaların tətbiqi və bir sıra müxtəlif məsələlər müzakirə olunmuşdur.