- XƏBƏRLƏR -
189 Arxiv
ADDA-da gənc tədqiqatçların konfransı keçirilib
2022.05.05 08:58

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələrin, magistrantların və gənc tədqiqatçıların ənənəvi Elmi-texniki konfransına yekun vurulub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda Elmi-texniki konfransı 7-8 aprel tarixlərində keçirilib.

Akademiyanın “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin tələbə və magsitrantları elmi-texniki konfransa 6 bölmə üzrə 93 iş təqdim edib.

Bu məqalələr tələbələri elmi yaradıcılığa həvəsləndirir, onların dünyagörüşünün inkişaf etdirilməsinə, öz fikirlərini sərbəst və aydın ifadə etmələrinə şərait yaradır. Məruzələrin tezisləri konfransın toplusunda çap olunacaq.

Müvafiq kafedraların hesabatlarına əsasən, 24 nəfər daha yaxşı nəticələr göstəriblər və onlar diplomlarla təltif olunublar.