- XƏBƏRLƏR -
3312 Arxiv
ADDA-nın qış imtahan sessiyasının nəticələri açıqlanıb
2022.02.18 09:11

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri açıqlanıb.

İmtahan sessiyasında bakalavriat pilləsinin əyani formasında təhsil alan 825 tələbə iştirak edib.  Onlardan 469-u sessiyanı müvəffəqiyyətlə başa vurub

Nəticələrə əsasən, bakalavriat səviyyəsinin əyani formasında oxuyan tələbələrin müvəffəqiyyət göstəricisi 56,85%, keyfiyyət göstəricisi 17,06% olub.  Təkrar ali təhsil pilləsində (qiyabi formada) isə bu göstərici müvafiq olaraq 62,70 və 1,27%-dir.

Magistratura səviyyəsində təhsil alan 43 tələbədən 2-si imtahanlardan kəsilib. 4 nəfər sessiyanı “əlaçı” kimi bitirib. 

Yaxın günlərdə nəticələrə əsasən təqaüd əmri veriləcək.

Onu da qeyd edək ki, ADDA Elmi Şurası Vətən müharibəsində iştirak etmiş tələbələrin akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılmasına və həmin tələbələrin akademik borclara görə kredit ödəməkdən azad olunmalarına dair qərar qəbul edib. Bu imtahan sessiyasında sözügedən güzəştdən 19 tələbə istifadə edə bilib.