- XƏBƏRLƏR -
244 Arxiv
Tələbələrə bayram süfrəsi
2021.12.31 17:58

          Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi tədris məsələləri ilə yanaşı tələbələrin sosial həyatını, asudə vaxtlarının təşkilini daim diqqətdə saxlayır, gənc nəslin mütəxəssis və vətəndaş kimi yetişdirilməsini özünün vacib vəsifəsi sayır. Pandemiya dövründə bir sıra sosial layihələrin həyata keçirilməsində çətinliklər yaşansa da, bütövlükdə tələbələrin rahatlığı, diqqətdən kənarda qalmamaları üçün addımlar atılır.

          Bu gün xalqımız Yeni ili qarşılayır. Hamı bayram süfrəsi arxasında gözəl əhval-ruhiyyə ilə əyləşir, uzun illərdən sonra Qarabağımızın üzərində Azərbaycan bayrağının dalğalanmasının, möhtəşəm Zəfərin sevincini yaşayır. Lakin bu bayram günündə ailəsinin yanında ola bilməyənlər də var.

          ADDA rektorunun təşəbbüsü ilə bu gün tələbə yataqxanasında yaşayan əcnəbi tələbələr və müxtəlif səbəblərdən öz rayonlarına gedə bilməyən gənclər üçün bayram süfrəsi açılıb. Onlar özlərini qayğıdan kənar hiss etməsinlər deyə gənclərə bayram təbrikləri və ən xoş arzular çatdırılıb.

          Yeni iliniz mübarək, əziz tələbələr və müəllimlər! Qoy 2022-ci il bütün xalqımız üçün uğurlu və bərəkətli il olsun!