- XƏBƏRLƏR -
789 Arxiv
Azərbaycanlı alimin yeni uğuru
2021.12.24 17:38

   Hər il olduğu kimi Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri, r.e.d., prof. Rövşən Zülfüqar oğlu Hümbətəliyevin il ərzində elmi araşdırmaları və beynəlxalq qurumlara üzvülüyü bu ildə də davam etmişdir. Bu ilin noyabr ayında alimin Azərbaycan Təhsil Nazirliyinin Təhsil İnstitutunun p.e.d., prof. H.H.Əhmədovla birgə apardıqları tədqiqatı nəticəsi olaraq DÖVRİ ELMİ NƏŞRLƏRİN DAXİL OLDUĞU BEYNƏLXALQ XÜLASƏLƏNDİRMƏ VƏ İNDEKSLƏMƏ (Scopus və Clarivate Analytics indexed) bazasına daxil olan

https://www.webofscience.com/wos/woscc/summary/18064537-55cf-483d-8fc8-3cc1c5c5346f-17670207/relevance/1

Revista Universidad y Sociedad”, Vol.13(6), (p.265-274) /

https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2391/2351

elmi nəşrində On the solvability of some boundary value problems for operator-differential problems in a finite interval” adlı məqalə çap olunurb.

Qeyd edək ki, məqalə redaksiya tərəfindən bəyənilib və gələcək də də müəlliflərə məqalələrini nəşr etmək üçün hazır olduqları bildirilib.

    Elmi araşdırmalarla yanaşı R.Z.Hümbətəliyev bu ilin noyabr ayında İtaliya Beynəlxalq Sosial İqtisadi Akademiyaya həqiqi üzv akademik seçilmişdir.

    Qeyd edək ki, R.Z.Hümbətəliyev mart ayında Türk Dünyası Araşdırmaları İlimlər Akademisi Akademik üyesi seçilib. (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib). Akademiyanın rəhbəri Prof. Dr. Hasan Ahmet və baş katibi Prof. Dr. Tuncay Paltanın 30 mart 2021-ci il tarixində Ankara şəhərində imzaladıqları qərara əsasən (A/ü -158) Rövşən Zülfüqar oğlu Hümbətəliyev müvafiq diplomla və elmin tərəqqisində göstərdiyi xidmətlərə görə həmin Akademiyanın “Qızıl Ulduz” medalı ilə də təltif edilmişdir.

     O, 2021-ci ilin may ayının 14-də dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı” səfiri adına layiq görülmüş və Rusiya Federasiyasının həmin təşkilat tərəfindən akreditə olunmuş "Şərəf və vicdan" ordeni ilə təltif edilib. Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur.