- XƏBƏRLƏR -
3377 Arxiv
Akademiyanın müəllimi sertifikatlar alıb
2021.12.15 16:52

Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri pandemiya dövrü olmasına baxmayaraq elmi fəallıqlarını itirmir, müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda iştiraklarını davam etdirirlər.

“Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi Aynurə Allahverdiyeva oktyabrda Təhsildə Yeni Çağırışlar II Beynəlxalq forumunda iştirak edib. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib.

Bununla yanaşı, A. Allahverdiyeva Danimarkanın Kopenhagen şəhərində keçirilən “Davamlı inkişafın qlobal və regional aspektləri” mövzusunda V Beynəlxalq elmi-praktik konfransda elmi məqaləsi ilə iştirak edib. Bu günlərdə ADDA-nın müəllimi hər iki beynəlxalq tədbirin sertifikatlarını alıb. Qeyd edək ki, Aynurə Allahverdiyeva Akademiyanın doktoranturasını bitirib və dissertasiya işini yekunlaşdırıb. Fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə hazırlaşan Aynurə xanıma uğurlar arzulayırıq.