- XƏBƏRLƏR -
3551 Arxiv
“Qlobal dəniz qəza və təhlükəsizlik sistemlərinin bugünü və gələcəyi” adlı tələbə konfransı keçiriıib
2021.12.06 17:52

Dekabrın 6-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının və “Admiral S.O. Makarov adına Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universiteti" tələblərinin iştirakı ilə “Qlobal dəniz qəza və təhlükəsizlik sistemlərinin buğunu və gələcəyi” (“Present and future of GMDSS”) adlı onlayn formatda tələbə konfransı keçirilib.

Əvvəlcə təhsil müəssisələri ilə tanışlıq mövzusunda tələbələrin hazırladıqları təqdimatlar nümayiş etdirilib. “Dənizçilik sahəsində kommunikasiya vasitlələri”, “GMDSS modernləşdirilmədən sonra necə dəyişəcək? Bilməli olduğumuz 5 məqam”, “İridium artıq GMDSS-in bir hissədir. Radioşərhlər necə dəyişəcək?” və bu kimi digər mövzularda tələbələrin hazırladığı təqdimatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Belə görüşlərin gələcəkdə təşkil olunmasının vacibliyi qeyd edilib. 

Xatırladaq ki, 2021-ci ilin iyulunda ASCO sədri Rauf Vəliyev və “Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti”-nin rektoru Sergey Barişnikov akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. 

Sazişin əsas məqsədi tərəflər arasında peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə dəniz mütəxəssislərinin hazırlanması, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.