- XƏBƏRLƏR -
340 Arxiv
ADDA tələbələri arasında olimpiada keçirilib
2021.12.02 17:29

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında “ümumpeşə hazırlığı fənləri” və “ixtisas fənləri” üzrə olimpiada keçirilib.

Olimpiada hər fənn üzrə ayrılıqda aparılıb. Tələbələr fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırdıqdan sonra müsabiqə komissiyasına təqdim ediblər. Qaliblər sertifikat və pul mükafatları ilə təltif olunublar. Müsabiqə komissiyasının qərarı ilə qalib tələbələrin müəllimlərinə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd tələbələrin intellektual bacarıqlarının aşkarlanması, elmi yaradıcılıqlarının stimullaşdırılması, elmdə və təhsildə uğurların təbliği, magistratura və doktoranturanı hədəf seçmiş qabiliyyətli və istedadlı gənclərin müəyyənləşdirilməsindən ibarətdir.