- XƏBƏRLƏR -
324 Arxiv
"Heydər Əliyev və Azərbaycan tarixi" VII Ümumrespublika bilik yarışı
2021.11.04 14:08

Bu günlərdə Heydər  Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VII Ümumrespublika bilik yarışı ərəfəsində görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Dəniz Akademiyasının 6 tələbəsi iştirak edib.

Görüşdə məlumat verilib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış isə 12 noyabr - Konstitusiya Günü keçiriləcək. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu günü ümumxalq səsverməsi ilə qəbul edilib.

Diqqətə çatdırılıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olmalıdırlar. Tədbir əsas yarış üçün hazırlıq mərhələsi rolu oynayıb.