- XƏBƏRLƏR -
3441 Arxiv
ADDA tələbələri "Kəlbəcər" tankerində olublar
2021.09.23 10:19

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının əlaçı tələbələri yenicə təhvil verilən “Kəlbəcər” tankeri ilə tanış olublar.

Yeni nəsil gəmiylə tanışlıq “Bakı Gəmiqayırma Zavodu” MMC-nin ərazisində baş tutub.

Tankerin kapitanı Zeynalabdin Lətifov tələbələri maraqlandıran sualları cavablandırıb, öz zəngin təcrübəsini bölüşüb və onlara tövsiyələrini verib.