- XƏBƏRLƏR -
385 Arxiv
Elmi jurnalımızın 2-ci nömrəsi də hazırdır
2021.08.16 14:18

Xəbər verdiyimiz kimi, bu günlərdə elmi jurnalımızın 2021-ci ildə ilk nömrəsi işıq üzü görüb. İldə 2 nömrəsi çıxan jurnalın 2-ci nömrəsi də artıq hazırdır. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Proceedings of ASMA-2021 n2

Jurnala daxil olan 31 elmi məqalədən 9-u xarici ölkə alimlərinindir. Müəllif kimi iştirak edən 18 xarici alim 5 ölkəni – Türkiyə, Rusiya, Latviya, Ukrayna və Qazaxıstanı təmsil edir. Azərbaycan, türk, rus və ingilis dillərində yazılan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə oluna bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 7 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.