- XƏBƏRLƏR -
3644 Arxiv
ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı təcrübəsi başa çatıb
2021.08.04 12:17

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisasının tələbələrinin Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzində növbəti təcrübə proqramı başa çatıb.

60 saatlıq  təcrübə proqramında tərtib olunan plana əsasən, tələbələrə texniki təhlükəsizlik təlimləri və istehsalat prosesi ilə tanışlıq proqramı təşkil olunub.

Ümumilikdə proqramda fəal iştirak edən, davamiyyəti 80% -dən çox olan, nəzəri və praktiki qiymətləndirməni müvəffəqiyyətlə keçən/uğurla bitirən tələbələrə “Bakı Gəmiqayırma Zavodu"MMC tərəfindən sertifikatlar təqdim edilib.