- XƏBƏRLƏR -
5191 Arxiv
ADDA müəlliminin monoqrafiyası Almaniyada çap olunub
2021.05.25 13:38

Azərbaycan Dövlət Dəniz Akademiyasının "Tətbiqi mexanika" kafedrasının baş müəllimi, dissertant Gülşən Axundovanın həmmüəllifi olduğu 2 hissəli “Mathematical methods” adlı monoqrafiya Almaniyada nüfuzlu LAMBERT nəşriyyatında çap edilmişdir. Monoqrafiyada yer alan mövzular əsasən tətbiqi riyaziyyat və mexanika təhsili alan tələbələr üçün nəzərdə tutulmuşdur. Monoqrafiya riyazi hesablama üsullarına və bu üsulların tətbiqi ilə bir çox həll  nümunələrinə həsr olunub. Bu, xarici ölkələrdə təhsil alan tələbələrə "Calculus" fənninin  və Azərbaycanda "Ali riyaziyyat" fənninin sərbəst tədrisi üçün dəyərli vəsaitdir.