- XƏBƏRLƏR -
4371 Arxiv
FHN Akademiyasında elmi-praktiki konfrans
2021.04.26 12:37

Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında magistrant, kursant və tələbələrin “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” adlı VIII elmi-praktiki konfrans keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunan konfransda digər ali məktəblərin tələbələri ilə yanaşı Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elektrik mühəndisliyi” və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantlar həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyinin problemləri və təhlükəsizlik problemlərinə həsr olunmuş  məqalələrlə çıxış etmişlər.

Akademiyanın  magistrantları həmçinin Xəzər dənizində baş verən qəzalar, onların statistikası və qəzaların başvermə səbəblərinin təhlili, su nəqliyyatında qəzalar və onların qarşısının alınması üçün görülən tədbirlər, dəniz nəqliyyatında qəza göstəricilərin təhlili, gəmilərdə yanğın təhlükəsizliyinin informasiya parametrlərinin analizi və s. kimi maraqlı mövzularda məruzələr təqdim etmişlər.